Afyonkarahisar bölgəsində baş verən dəhşətli qəza hər kəsi heyrətə gətirib. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgədə iki avtomobil toqquşub. Toqquşma təsiri ilə maşınlardan biri ağaca dəyib və ikiyə bölünüb.

Yoldan keçən digər sürücülərin heyrətlə qarşıladığı qəza nəticəsində maşının 24 yaşlı sürücüsü Sinan.T parçalanan avtomobildən sağ çıxıb.

Qəzadan yüngül sıyrıqlarla qurtulan gənc ətrafdakıların köməyilə maşından çıxarılıb. Yoldan keçən vətəndaşlar isə qəza sonrası yola dağılan maşının hissələrini mobil telefon kamerası ilə qeydə alıblar.