İngiltərədə yaşayan 24 yaşlı Keli Haytoverin şəxsi münasibətləri əsnasında çəkilmiş açıq-saçıq şəkilləri, videoları başına bəla olub.

Unikal.orgxəbər verir ki, görüntülər telefon təmircisi tərfindən oğrulanıb.

Belə ki, 24 yaşlı qadın telefonu xarab olduğu üçün ustaya apaıb. Gənc qadın mağazaya apardığı telefonun təmir müddətinin çox uzun çəkməsi səbəbindən şübhəyə düşüb. O bir müddət sonra telefonunda qeydiyyatda olan elektron poçt ünvanına baxıb. Bu zaman tanımadığı bir mail adresinə öz görüntülərinin göndərildiyinin fərqinə varıb. K.Haytover elektron poçt sahibinin adına baxan zaman bunun Floridadakı telefon mağazasında işləyən Roberto Sançez Ramos olduğunu bilib.

Həmin şəxs öncə haqqındakı ittihamları qəbul etməsə də, sonradan emailin ona məxsus olduğunu deyərək günahını qəbul edib. Telefon təmirçisi 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Roberto Sançez Ramosun bundan öncə də xakerlik etdiyi üçün cəzalandığı ortaya çıxıb. Oğurlanan cinsi məzmunlu videoların aqibətinin necə olduğu hələ bilinmir.