Yapon dənizində Rusiyaya məxsus "Sanshiro Maru gəmisi motor qayığı ilə toqquşub.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Velikaya Kema qəsəbəsi yaxınlığında qeydə alınıb.

Nəticədə qayıqda olan üç nəfərdən biri ölüb. İlkin ehtimala görə, hadisəyə hava şəraitinin əlverişsiz olması səbəb olub. İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil.