Simsiz internetin elektromaqnit şüalarının həşəratları öldürəcək qədər ziyanlı olduğu irəli sürülüb.

Unikal.org xəbər verir ki, mütəxəssislərin araşdırmalarına görə, Wi-Fişüası nəinki insanlara, eləcə də bəzi quş və həşəratlara ciddi ziyan vura bilir. Nə az, nə çox, düz 97 elmi araşdırma əsasında ekoloqlar Wi-Fişəbəkəsi siqnallarından ehtimal edilən zərərin qat-qat daha artıq və təhlükəli olduğunu bildiriblər.

Simsiz şəbəkələrin elektromaqnit şüaları quş və həşəratların istiqaməti müəyyənləşdirməsinə və miqrasiya proseslərinə mane olur. Eyni zamanda simsiz internetin siqnalları bitkilərin metabolizminə mənfi təsir göstərərək onların məhv olmasına gətirib çıxarır.

Mütəxəssislər simsiz rabitənin, o cümlədən 5Gstandartının tətbiqindən ehtiyat etdiklərini deyiblər. Onlar düşünür ki, bu şüalardan müdafiə sistemi hazırlanmazsa, müxtəlif növ ağır nəticələr yarana bilər.

Rəqəmli texnologiyaların hər yerdə tətbiqi təbii davranışı güclü elektromaqnit şüalanmasına görə pozulan növlərin kütləvi məhvinə gətirib çıxaracaq.

Ekoloqların sözlərinə görə, elektromaqnit çirklənməsi ilə mübarizə üçün siyasi tədbirlərin görülməsinə ehtiyac var.(publika.az)