28 may Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Tbilisidə televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Unikal.org bildirir ki, teleqüllədə axşam saatlarından başlayaraq yaşıl, qırmızı və göy işıqlar yandırılıb.