ABŞ-da qadın evinə çağırdığı ustaya təcavüz edib. Bu azmış kimi polisə şikayət edəcəyi təqdirdə məsələni əksinə anladaraq ustanı tutduracağını deyib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nın Karolina ştatında rastlaşmadığımız bu hadisə baş verib. 47 yaşlı Mildred Nevsome evinə gələn ustaya təcavüz edib. Polisin verdiyi məlumata görə, qadın 30 yaşlı gənc kişini təhdid edib. O, ustaya bildirib ki, əgər bu hadisə ilə bağlı şikayət etsən mən sənin təcavüz etdiyini qeyd edib, səni həbs etdirəcəyəm. Evdən güclə qaçan usta sonra polisə gedərək başına gələn hadisəni danışıb. Artıq qadın saxlanılıb, yaxın günlərdə məhkəməyə çıxarılacaq.