İranın Təbriz şəhərində azərbaycan əsilli 23 yaşlı xanım 6 uşaq birdən dünyaya gətirib.

Unikal.org xəbər verir ki, körpələrdən 4-ü qız, 2-si isə oğlandır. Uşaqlar 27 həftə tamam olandan sonra dünyaya gəlib. Adı açıqlanmayan ana normal doğuş həyata keçirməyib.

Körpələrin çəkisi 580-960 qram arasında dəyişir. Onların səhhəti normaldır.(metbuat.az)