Tehranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. 

Unikal.org-un məlumatına görə, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Tehran Təcili Tibbi Yardım idarəsinin məlumatına görə, hadisə İmam Xomeyni adına hava limanının yaxınlığındakı Vəhnabad bölgəsində baş verib.

Xilasedicilər hadisə yerində əməliyyatı davam etdirir.