Rusiyalı jurnalist Arkadi Babçenko Kiyevdə güllələnərək qətlə yetirilib.
Unikal.org xəbər verir ki, Ukrayna Milli Polisinin sözçüsü Yaroslav Trakalo jurnalistin xəstəxanaya aparılarkən "təcili yardım" maşınında öldüyünü deyib.
"Hadisə [Kiyevin] Dnepr rayonunda baş verib. Həyat yoldaşı vanna otağında olub. O, atəş səslərinə çıxıb və ərini qan içində görüb. "Təcili yardım" çağırıb, o, maşınla aparılarkən yolda keçinib", - deyə Trakalo bildirib.