Türkiyənin Sultanqazi məhəlləsində bir şəxs sataşdığı qadının ərini küçədə rastlaşarkən tapança ilə güllələyib öldürdü.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət hadisəsi təhlükəsizlik kameralarına düşüb və cinayətkar polislər tərəfindən saxlanılıb.İddiaya görə 50 yaşlı A.D 6 ay ərzində Umut A.-nın həyat yoldaşını narahat etməyə başlayıb. Arvadına sataşdığını öyrənən Umut.A küçədə A.D. ilə qarşılaşıb. A.D. üzərindəki silahla küçədə Umut A.-nı güllələyib.Cinayəti törədəndən sonra o hadisə yerindən qaçmağa başlayıb.Ağır yaralanan Umut A. təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Polis qaçan şəxsi həbs edib.