Fransanın paytaxtı Parisdə küçələri və metro stansiyasını su basıb. Unikal.org xarici mətbuta istinadən xəbər verir ki, su basmalarının səbəbi leysan yağışlardır.
Məlumatda bildirilir ki, qatarların 11 və 7-ci xətlərdə yerləşən Jurden və Kremlen-Bisetr stansiyalarında dayanmadan hərəkət edir. Həmçinin bildirilir ki, Paris Metropoliteninin 1-ci xəttinin işi də dayandırılıb və hələ bərpa olunmayıb.
Əraziyə çox sayda xilasedici dəstə göndərilib.
Yerli hökumət orqanlarının nümayəndələri Parisin cənub-qərbində yerləşən Şatne-Malabri kommunasındakı binadan 450 nəfəri təxliyyə edib.