Afrika və Şərqi Avropadan gələn qadın işçilərin alçaldılması və zorlanması faktları ilə bağlı cinayət işi açılıb.  Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə İspaniyanın Əndəlus muxtar vilayətində baş verib. 

İddia edilir ki, zərərçəkənlər arasında Rumıniya və Mərakeşdən olan qadınlar var.

Qərar hakimiyyət üzvləri belə qərarı miqrantların əmək maraqlarını qoruyan təşkilatların nümayəndələri ilə görüşdən sonra qəbul edib. Araşdırmalardan sonra bir xarici işçinin zorlanması faktı üzə çıxıb. 

Təkcə İspaniyanın Uelva əyalətində 18 min qadın-qastarbayter (kasıb ölkələrdən olan işçilər) çalışır. Həmin işçilərin də çoxu Mərakeş və Rumıniyadan gəlib.

Qalmaqal medianın İtaliya, Mərakeş və İspaniyada çalışan mövsümi işçilər arasında apardığı müsahibədən sonra yaranıb. Miqrantların işəgötürən və nəzarətçilər tərəfindən təcavüz və seksual xaraketerli hərəkətlərə məruz qaldığı iddia edilir.

Digər 100 qadın isə iş zamanı təhqirə məruz qalıb.