Nigeriyada yol qəzası nəticəsində azı 20 nəfər ölüb.

Unikal.org "RİA Novostiyə istinadən xəbər verir ki,hadisə ölkənin cənub-qərbindəki Ondo ştatında qeydə alınıb.

Avtomobil sərnişinlə dolu avtobusla toqquşub.

Ölənlərin sayının artacağı istisna edilmir.

Faktla bağlı araşdırma aparılır.