Rusiya Federasiyası Avropa bazarına qaz tədarüklərinin diversifikasiyasını dəstəkləyir, belə ki, bu, iş üçün bazar şəraiti yaradır.

Unikal.org "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Bolqarıstanın baş naziri Boyko Borisov ilə danışıqların yekunları üzrə mətbuat konfransında Azərbaycanın tərəfindən "Cənub Qaz Dəhlizi"nin işə salınması haqqında danışarkən bildirib.

V.Putin deyib: "Cənub Qaz Dəhlizi"nə gəldikdə, biz bu sahədə istənilən iqtisadi fəallığı alqışlayırıq, biz enerji daşıyıcılarının Avropa bazarına tədarükünün diversifikasiyasını alqışlayırıq, belə ki, bu, iş üçün bazar şəraiti yaradır. Biz isə məhz bazar şəraitinin yaranmasında maraqlıyıq".

Qeyd edək ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib.