Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu dəqiqələrdə XİN rəhbərinin olduğu təyyarə Pxenyan aeroportuna enib.

Bu, Sergey Lavrovun Pxenyana sayca üçüncü səfəridir. Bundan əvvəl S.Lavrov 2004 və 2009-cu illərdə KXDR-ə səfər edib.