Çində psixoloji problemi olan ana 22 aylıq oğlan övladının cinsiyyət orqanını kəsib. Sonra özünə gələn ana öz qarnını bıçaqlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, etdiyinin fərqinə varan ana intihar etmək istəyib. Qonşular qan içində gördükləri ananı və övladını xəstəxanaya aparıb.Tez-tez sinir krizinə girən ana və oğlu xəstəxanada müalicə edildiyi üçün onun hıəyat yoldaşı müalicəyə pul çatdırmadığı üçün aidiyyatı qurumlardan kömək istəyib.Vu Şaozhonq illərdir ki, arvadının xəstəliklə mübarizə apardığını bildirib.