"Bu gün Azərbaycanda 30 bank var. Onlardan yalnız 4-5-i iqtisadiyyatda kapitallaşma həyata keçirir.
Unikal.org xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov Milli Məclisdə çıxışı zamanı deyib.
"Artımın əsaslı olmamasının səbəbi bankların kredit qoyuluşlarının azalmasıdır. Çünki digər banklar kapitallaşma həyata keçirmir. Ona görə də bankların sağlamlaşdırılması prosesinə start verməliyik. Bununla da Ümumi daxili Məhsulun həcmində artıma nail ola bilərik. Yalnız Beynəlxalq Bankın dövlət büdcəsinin hesabına sağlamlaşdırılması həyata keçirildi. Bunun üçün 10 milyarda yaxın pul sərf olundu. Hesab edirəm ki, bu məsələ digər banklara da şamil olunmalıdır. Həmçinin dövlət büdcəsində vergi güzəştlərindən azad olunma məsələsi var. Hesab edirəm ki, dövlət büdcəsində vergi güzəştlərinin məbləği açıq göstərilməlidir.