Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreya lideri Kim Çen Inı Rusiyaya dəvət edib.

Unikal.org RİA Novosti-yə istinadən verdiyi məlumata görə, dəvət Sergey Lavrovun Şimali Koreyaya səfəri çərçivəsində ölkə başçısı ilə görüşündə səsləndirilib.

Səfər çərçivəsində Rusiya xarici işlər naziri həmçinin həmkarı Le Yon Xo ilə də görüşüb. Tərəflər ikitərəfli əlaqələri, Koreya yarımadası ətrafında baş verənləri və digər beynəlxalq məsələləri müzakirə ediblər. Kim Çen Inla görüş əvvəlcədən elan olunmayıb.

Görüş ABŞ-KXDR sammiti ərəfəsində gerçəkləşib.