Adanada azyaşlı uşağa təcavüz etməkdə günahlandırılan Robert Uçurum saxlanılıb.
Unikal.org Türkyə mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı kişi işlədiyi avtoyuma məntəqəsində tutulub.
16 il 8 ay həbs cəzası olan Robert Uçurum uzun müddət imiş axtarılırmış.
Ünvana basqın təşkil edən polis Uçurumu tutub. Polis əməkdaşlarının basqınından sonra ədliyyəyə sövq edilən şəxs həbsxanaya göndərilib.