Samsunun Alacan kəndində heyvanları otarmağa aparan kişi mindiyi eşşəkdə yıxılaraq həyatını itirib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 68 yaşlı Bahri Akman ağır yaralandığı üçün dünyasını dəyişib. 

Kişinin cəsədi yolda tapılıb. Şahidlər hadisə ilə bağlı polisə məlumat veriblər.