Avropa insan haqları məhkəməsi Rumıniya hökumətinin üzərinə Səudiyyə Ərəbstanı vətəndaşı Əbd Əl-Rəhim Əl-Nəsiriyə 100 min avro təzminat ödəmək öhdəliyi qoyub.

Unikal.org bildirir ki, adı çəkilən şəxs ABŞ Mərkəzi kəşfiyyat idarəsinin Buxarestdə yerləşən gizli həbsxanasında işgəncələrə məruz qalıb.

Məhkəmə ölkənin insan haqları pozuntusunda günahkar olduğunu müəyyən edib və Rumıniya hökumətindən istintaq aparmağı və cinayətkarları məsuliyyətə cəlb etməyi tələb edib.

2000-ci ildə Yəməndə Birləşmiş Ştatların "USS Cole" esminesinə hücumun təşkil olunmasında təqsirləndirilən əl-Nəsiri 2003-2006-cı illərdə Rumıniya ərazisində olan gizli həbsxanada saxlanılıb. Hazırda isə Quantanmo hərbi-dəniz bazasında cəza çəkir.

Bundan əvvəl Avropa məhkəməsi analoji şəkildə Litva hökumətindən terrorda ittiham olunan başqa bir məhbus Əbu Zubeydəyə 130 min avro təzminat ödəməsini tələb edib. Həmin məhbus da Quantanamo həbsxanasında saxlanılır.