Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan iyunun 7-də Moskvaya səfər edəcək.

Unikal.org  "TASSa istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat idarəsinin direktoru Artyom Kojin bildirib.

Z.Mnatsakanyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə ediləcək.