Türkiyənin Antalya şəhərində qız tələbələrə sataşan şəxs tutulub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qızılsaray məhəlləsində keçən həftə elektrikli velosiped sürən bir kişi parkda oturan 2 tələbə qıza söz atmağa başlayıb.Qız tələbələr hadisəni valideynlərinə söylədikdən sonra polisə şikayət edilib.Polis ətrafdakı təhlükəsizlik kameralarını yoxladıqdan sonra şübhəli şəxsin M.Ü. olduğunu müəyyən edib.Şübhəli şəxs polislər tərəfindən evində həbs edilib.Pozğunluğuna görə 5 cinayət  törədən həmin şəxsin evli və bir uşaq atası olduğu müəyyənləşdirilib.Onun elektrikli velosipedi polislər tərəfindən müsadirə olunub.