1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Bakıda uşaqlar üçün hazırlanan pulsuz əyləncə proqramlarında qorxulu anlar yaşanıb.

Unikal.org azxeber-e istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında quraşdırılmış şişirdilmə böyük rezin sürüşkəni atraksiyonunu külək aşırıb.
 
Bir neçə dəfə çevrilən sürüşkən ərtrafda əylənən uşaqların üzərinə aşıb.
 
Hadisə yerinə çoxlu sayda polis gəlib və əyləncə proqramı yarımçıq dayandırılıb.