Donald Tramp ABŞ-da səfərdə olan Koreya Xalq-Demokratik Respublikası Əmək Partiyasının sədr müavini Kim Yon Çxolu qəbul edib.

Unikal.org CNN-ə istinadən verdiyi xəbərə görə, partiya rəsmisi ABŞ prezidentinə KXDR lideri Kim Çen Inın məktubunu çatdırıb.

Söhbət zamanı D.Tramp iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla görüşə hazır olduğunu bəyan edib. ABŞ prezidenti həmçinin Kim Çen Inın məktubunu maraqlı adlandırıb.