İran hərbi Hava Qüvvələrinə məxsus F-7 qırıcısı ölkənin mərkəzi ərazilərində qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, bu barədə "Extranews İran rəsmilərinə istinadən məlumat yayıb.

Hadisə İsfahan yaxınlığında baş verib. Məlumata görə F-7 qırıcısı Həsənabad yaşayış məntəqəsi yaxınlığında səhralıq yerdə qəzaya uğrayıb.

Qəzadan əvvəl iki pilotun da özlərini təxliyə edə bildikləri bildirilir.

Hazırda hadisə yerində təhlükəsizlik xidmətinin əməkdaşları təhqiqat işləri aparırlar.