CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 77,66 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,8 dollar/barel azdır.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti isə 76,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,8 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlinvə, 73,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,49 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 74,88 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,59 dollar/barel azdır.