"Vergi sahəsində islahatlar aparılacaq".
Unikal.org xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib.
"Bizim fəal vergi ödəyiciləri arasında ƏDV ödəyicisi kimi qeydiyyatda olanların sayı 3%-dir. Aylıq 200 min manatdan artıq dövriyyəsi olan sahibkar ƏDV ödəyicisi kimi qeydiyyatda olmalıdır, - deyə M.Cabbarov bildirib.