Azərbaycanda bu il mayın 1-nə kreditlər üzrə orta faiz dərəcəsi manatda 13,57%, xarici valyutada isə 9,65% təşkil edib.
Unikal.org bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, aprelin 1-i ilə müqayisədə müvafiq olaraq 0,12 faiz bəndi artıb və 0,09 faiz bəndi azalıb.
Bu müddətdə manatla depozitlər üzrə orta faiz dərəcəsi 10,06%-dən 10,14%-ə yüksəlib, xarici valyutada isə 2,82%-dən 2,70%-ə enib.
Hesabata əsasən, mayın 1-nə fiziki şəxslərin manatla əmanətlərində orta faiz aylıq 0,13 faiz bəndi azalaraq 10,91%, xarici valyutada isə 0,15 faiz bəndi azalaraq 3,28% təşkil edib.