Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 9 iyun 2018-cı il tarixində İsmayıllıda növbəti vətəndaş qəbulu keçirəcək.
Unikal.org-un məlumatına görə, vətəndaş qəbulu saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.