Çikaqo polisi irlandiyalı müğənni Şinneyd Оkonnorun itkin düşməsi ilə bağlı elan verib.
49 yaşlı müğənni mayın 15-də saat 6:00-da evdən çıxaraq velosiped yürüşünə gedib və o andan etibarən ondan heç bir xəbər yoxdur.
Polis müğənninin özünü öldürdüyü ehtimalının olduğunu bildirir. Belə ki, o, bundan öncə- 33 və 45 yaşında intihara cəhd edib.
Ş. Оkonnor 1990-cı ildə "Nothing compares 2 U" mahnısı ilə tanınıb. 1991-ci ildə "I Do Not Want What I Haven’t Got" albomuna görə "Qremmi" mükafatını qazanıb.
Müğənni 4 dəfə ailəli olub. Bu evliliklərdən ən kiçiyinin 9, ən böyüyününkünün isə 28 yaşı olmaqla 4 övladı var. Hazırda psixoloq Barri Herriclə evlidir.(Moderator.az)