Putinin gizli sərvəti açıqlandı
12:28 28-08-2012
CƏMİYYƏT
Putinin gizli sərvəti açıqlandı
Leyla Əliyeva: “Bu tipli ittihamlarla çıxış etmək və ya rəy söyləmək üçün əldə təkzibedilməz dəlillər və sənədlər olmalıdır”
Getdikcə reytinqin itirən Rusiya prezidenti Vladimir Putinin gizli sərvəti açıqlanıb. Rusiya KİV-nin verdiyi xəbərə görə, Putinin nüfuzunun azalmasına səbəb olan ciddi amillərdən biri kimi onun heç cür zəngin və dəbdəbəli həyat şəraitindən imtina edə bilməməsi göstərilir. Onun öz seçicilərini aldadaraq rəsmi olaraq illik gəlirinin 4 milyon rubldan az olduğunu açıqlasa da, həyat tərzinin Fars körfəzi ölkələrinin monarxları və oliqarxları ilə müqayisə oluna biləcəyi qeyd olunur.
Rusiyanın Respublika partiyası və "Həmrəylik" hərəkətinin federal siyasi şurasının üzvü tərəfindən hazırlanan “Qalerada qulun həyatı. Saraylar, gəmilər, avtomobillər, təyyarələr və digər aksessuarlar” başlıqlı hesabatda Putin sərvəti hesaba alınıb. Hesabatda prezidentin 20 qəsri, villası və sarayından bəhs edilir. Qərb ərazilərində inşa edilən obyektlərindən çoxu isə tez-tez KİV-in qalmaqallı araşdırma predmetinə çevrilib.
Əlbəttə, bu cəzasız qalmayıb. Ən son nümunə kimi Qara dəniz sahillərində “Putinin sarayı”na baxarkən guya keşikçilərdən birinə sui-qəsd etmək istəyən məşhur erməni əsilli ekoloqa qarşı açılan məhkəmə işi göstərilir.
Hesabatda xüsusi olaraq uçuş heyəti üçün nəzərdə tutulan və prezidentə xidmət edən “Rusiya” avioparkında 43 təyyarə və 15 vertalyotun, parkın ümumi dəyərinin isə 1 milyard dollar olduğu deyilir.
Prezidentin 4 lüks gəmidən ibarət mini-donanması isə 3 milyard rubl qiymətləndirilir.
Dövlət başçısının mindiyi avtomobillərə gəlincə hesabat müəllifləri qeyd edirlər ki, Putinin vətəndaşlara görə Qaz M-21, Qaz M-21P, “Niva” və “Skif” qoşqusu var. Lakin onun kolleksiyasının ümumi dəyəri 22 milyon rubldur ki, bu da onun illik maaşından altı dəfə çoxdur.
Putinin mətbuat katibi Dmitri Peskov isə buna aydınlıq gətirərək bildirib ki, prezidentin istifadə etdiyi bütün maşınlar dövlətə məxsusdur.
Politoloq Leyla Əliyevanın sözlərinə görə, “Rusiya mətbuatında prezident Vladimir Putininn qeyri-qanuni yollarla varlanması barədə ara-sıra yayılan materiallar və informasiyaların nə dərəcədə həqiqətə yaxın olması barədə fikir söyləmək çox çətindir. Çünki bu tipli ittihamlarla çıxış etmək və ya rəy söyləmək üçün əldə təkzibedilməz dəlillər və sənədlər olmalıdır. Buna görə də sözügedən məsələni şərh etmək və ya ona qiymət vermək bir qədər məsuliyyətsizlik olardı”.
Politoloqun fikrincə, “Keçmiş SSRİ bir dövlət kimi tam şəkildə iflasa uğrayandan sonra Rusiyanın ilk prezidenti Boris Yeltsinin dönəmində ölkə tam anarxiya həddinə gəlib çıxmışdı. Bu məqamda onu da qeyd etməliyəm ki, SSRİ-dən sonra Ruisyanın da bölünərək kiçik subyektlərə çevrilməsi Qərbin gündəliyində duran məsələlərdən biriydi. Buna görə də Tatarıstanda və xüsusən də Çeçenistanda fəal hərəkatlar başlandı. Hətta adama elə gəlirdi ki, yaxın onillikdə planetin siyasi xəritəsində “Rusiya Federasiyası” adlı dövlət olmayacaq. Yeltsindən sonra hakimiyyətə gələn Vladimir Putin sözün həqiqi mənasında Rusiyanı parçalanmaqdan xilas etdi. Çeçensitandakı milli-azadlıq hərəkatını qan içində boğub əyalətlərlə mərkəz arasındaklı siyasi və iqtisadi bağları daha da möhkəmlədən Putin bir sıra dövlətçilik islahatları da apardı”.
Leyla Əliyevanın sözlərinə görə, “Putin bunlarla kifayətlənməyib bir sıra qeyri-rus mənşəli iri sahibkarları ya ölkədən didərgin saldı, ya da onları həbs etdirdi və yaxud sərvətlərini milliləşdirdi. Akademik Berezovskinin, Xodorkoviçin və ya Proxorovun başına gələnlər dediyimə yaxşı sübutdur. Sözümün canı budur ki, Vladimir Putin doğrudan da Rusiyanı ayaqüstə qoya bildi”.
Politoloqun sözlərinə görə, “Rusiya mətbuatında prezident Putinin varlanması barədə yazılanlara gəlincə isə, məsələnin başqa tərəfini vurğulamalıyam. Bu ölkədə prezidentin səlahiyyətləri hədsiz dərəcədə artırılıb. Əvəzində isə Dumanın, yəni ölkə parlamentinin səlahiyyətləri xeyli məhdudlaşdırılıb. Dövlət strukturlarının süni şəkildə bu duruma gətirilməsi istər-istəməz istənilən ölkədə avtoritarizmin meydana gəlməsinə səbəb olur. Belə bir mühit yarananda isə ölkə vətəndaşlarının, vətəndaş cəmiyyəti institutlarının dövlət qurumlarına ictimai nəzarəti təşkil edə bilmək imkanları minimuma enir. Buna görə də yüksəkrütbəli məmurlar özlərini ictimai nəzarətdən kənarda hiss edəndə varlanmaq məqsədilə müxtəlif siyasi, iqtisadi məzmunlu maxinasiyalara əl atırlar və nəticədə ölkədə tədricən korrupsiya tüğyan etməyə başlayır. Bax, belə bir ölkənin prezidenti olan Vladimir Putinin də müxtəlif yollarla varlanması üçün əlverişli imkanlar açılır”.
Natiq
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22