Ukrayna Daxili İşlər Nazirliyi Lvov şəhərində ermənilərin azərbaycanlılara hücumuna rəsmi reaksiya verib.
Unikal.org anspress-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna DİN rəsmi açıqlama yayıb. Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işinin açıldığını qeyd edib.
"Altı nəfərin yaralanması ilə nəticələnən əcnəbilərin arasında kütləvi dava faktı üzrə cinayət işi açılıb. Lvov qanun qoruyucuları "dələduzluq" maddəsi üzrə cinayət işinə başlayıb. Bu gün təxminən saat 16.00 102 operativ xəttə Lvov küçələrindən birində kafenin yanında baş verən kütləvi dava haqqında xəbər daxil olub. Hadisə yerinə dərhal qanun qoruyucuları gedıb. Dava nəticəsində altı nəfərin zədələnməsi bəlli olub. Davada 25-45 yaşda təxminən iyirmi nəfər iştirak edib. Onlar dava zamanı həmçinin travmatik silah tətbiq ediblər. Kafenin yanında polislərin gəlişinə qədər yalnız yaralılar qalıb. Dava iştirakçıları hadisə yerindən avtomobillə qaçaraq gizlənməyə vaxt tapıblar. Davanın iştirakçılarının şəxsiyyətləri və həmçinin onların tutulması üçün araşdırmalar davam edir", - xəbərdə deyilir.
Ukraynanın Lvov şəhərində Kunq fu və Uşu üzrə Avropa çempionatı zamanı ermənilərlə azərbaycanlılar arasında baş verən davadan sonra vəziyyət bu gün yenidən gərginləşib.
Bu barədə açıqlamasında Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov bildirib. Hikmət Cavadov baş verənlərlə bağlı Ukrayna DİN, MTN və Prokurorluğa məktub göndərdiyini qeyd edib.
"Yarışlar başa çatdıqdan sonra şəhərdə yaşayan ermənilər təkrarən Lvovun mərkəzi küçələrində ticarətlə məşğul olan azərbaycanlılara dəstə halında hücum ediblər. Ermənilərin bəziləri travmatik silahla soydaşlarımıza hücüm edib. Həmyerlilərimiz arasında bəziləri xəsarət alıb", - deyə Cavadov bildirib. UABD-nun Lvov üzrə nümayəndəsi Məcid Nuxiyev bildirib ki, idmançılar arasında baş verən qalmaqaldan sonra - bu gün burada yaşayan ermənilər dükan-bazarlarda işləyən azərbaycanlılara hücum edib.
Mayın 14-də Lvov şəhərində keçirilən Kunq fu və Uşu üzrə Avropa çempionatında ermənilər təxribata əl atıb. Çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə hücumu olub. Bundan sonra iki ölkəni təmsil edənlərlə yanaşı, çox sayda insan da davaya qoşulub. Yuxarıda adıçəkilən idmançılarımz ermənilərin əlindən qondarma rejimin "bayrağ"ını əllərindən alaraq cırıb ayaq altına atıblar. Dava isə emənilərin hamısının yarış keçirilən stadiondan qaçması ilə başa çatıb. Yarışmanın təşkilatçıları Azərbaycan və Ermənistan yığmasını Avropa çempionatından kənarlaşdırıb.