Mütəmadi olaraq yuxu pozğunluğundan əziyyət çəkən insanların beyni 7 il tez qocalır. Yuxusuzluq insanı ruhi xəstəliyə aparan ən rahat və qısa yoldur. Buna görə də yuxusuzluq sindromunu tez bir zamanda yox etmək lazımdır.
Unikal.org-un xarici KİV-ə istinadən yuxusuzluq sindromunu aradan qaldıran vasitələr təqdim edir:
Piondan, yemişandan, pişikotundan, şirotundan, korvaloldan eyni miqdarda götürüb, şüşə qaba töküb, üzərinə su əlavə et. Yuxun gəlməyəndə bu qarışıqdan suya 10 qram qatıb iç.
·Kələmli qarışıq da yuxusuzluqla mübarizə aparmaqda əla vasitədir. Kələmin kök hissəsini (torpaqda olan yer) xırda doğrayıb, 0,5 litr suya töküb, 10 dəqiqə vam odda qaynat. Sonra kənara qoyub, üzərinə 2 xörək qaşığı bal əlavə et. Yatmazdan əvvəl bu qarışıqdan ½ stəkan iç. Bu mayeni uşaqlara vermək olmaz.