"MilliÖN terminallarında yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi mümkün olacaq.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə həmin terminalların quraşdırılması və servisi ilə məşğul olan "Komtec şirkətindən bildiriblər.
Qeyd olunub ki, inteqrasiya üzrə işlər "AsanPay sistemi üzərindən aparılır:
"MilliÖN terminallarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi yaxın günlərdə mümkün olacaq.
Gələcəkdə ödəmə terminalları vasitəsilə vergi və gömrük rüsumlarının ödənilməsi də nəzərdə tutulur.