Bu gün Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı binasının akt zalında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Unikal.org xəbər verir ki, tədbirdə Şura üzvləri, ilk partiya təşkilat sədrləri,idarə-müəssə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri açan YAP Qubadlı rayon təşkilatının sədri, Allahverdi Haxverdiyev 15 İyun - Milli Qurtuluş Gününün tariximizdəki əhəmiyyətli rolunu vurğulayıb.
Sonra 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş video çarx nümayiş olunub.
Tədbir iştirakçıları çıxışlarında bildiriblər ki, Azərbaycan xalqının tarixində faciəli anlar, sarsıntılar az olmayıb. Xalqımız dəfələrlə milli faciə miqyaslı təhlükələrlə üzləşib. Azərbaycan dövlətçiliyinin dünyanın siyasi xəritəsindən silinməsi, parçalanaraq məhv olması təhlükəsi ilə üzləşmişdi.
«O zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Tarixinin bu böhranlı məqamında xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. 1993-cü ildə İyun hadisələri zamanı xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ulu öndər Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi. Hətta o zamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Çünki anlayırdılar ki, Ulu öndər Heydər Əliyev olmadan Azərbaycanı ağır vəziyyətdən xilas etmək mümkün deyil. Ulu öndər Heydər Əliyev vəziyyəti öyrənmək üçün Gəncə şəhərinə səfər etdi. İyunun 15-də isə Heydər Əliyev Ali Sovetə sədr seçildi və bu gün Azərbaycan xalqının və dövlətçiliyinin Milli Qurtuluş Günü kimi tariximizə həkk olundu.Məhz qurtuluşdan başlanan yol Azərbaycanın inkişaf və tərəqqisini təmin etdi. Bugünkü güclü Azərbaycanın təməlində qurtuluş məfkurəsi dayanır. Tədbirdə çıxış edən iştirakçılar Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini bildirdilər.
Tədbirin sonunda rayonun ictimai siyası həyatında fəal iştirakına görə bir qurup şəxslərə Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının fəxri fərmanları verildi