"Nazirlər Kabinetində mənim təşəbbüsüm və rəhbərliyimlə bir toplantı keçirildi, müvafiq qurumlar dəvət olundu. Ciddi araşdırmalar aparıldı, İşçi Qrupu yaradılıb ki, ölkəyə saxta dərman gətirilməsinin qarşısının alınması üçün təkliflər versin".
Unikal.org-un məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, bütün əlaqədar qurumlar cəlb edərək saxta dərmanların Azərbaycana gətirilməsinin qarşısı alınması üçün bir sistem yaratmağa çalışırlar:
"Saxta dərman məsələsi bütün dünya ölkələrini düşündürən problemdir. Hələlik elə bir ölkənin adını çəkə bilmərəm ki, orada saxta dərman məsələsi birdəfəlik həll olunsun. Amma biz çalışacağıq ki, ölkəyə saxta dərman gətirilməsi səviyyəsi ciddi şəkildə aşağıya salınsın və insanlarımız bundan ciddi əziyyət çəkməsinlər".