Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başa çatıb.
Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, 4-11 iyunda keçirilən elektron sənəd qəbulu prosesi bitdikdən sonra müraciətlər araşdırılıb, 5865 namizədin ərizəsi qəbul edilib.
Yerləşdirmə zamanı namizədlərin diaqnostik qiymətləndirilmə və müəllimlərin işə qəbulu üzrə imtahan nəticələri əsas tutulmaqla yanaşı, iş yerini dəyişdirmək üçün qeyd etdikləri səbəblər və sosial amillər nəzərə alınıb.
Yerləşdirmənin nəticələrinə əsasən, 1726 nəfər namizədin iş yerini dəyişməsinə razıllıq verilib. Nəticələr hər bir müəllimin şəxsi səhifəsində yerləşdirilib.
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsindən uğurla keçən namizədlərdən yerdəyişməni təsdiq etmələri məqsədilə müvafiq sənədləri cari ilin 27-28 iyun tarixlərində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə gətirmələri tələb olunur.