"Amnistiya aktının 10 min insana, 3500 nəfər azadlıqdan məhrum edilmiş şəxslərə aid edilməsi çox böyük rəqəmdir". 
 
Bu fikirləri Unikal.org-a deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə Birinci xanım Mehriban Əliyevanın Milli Məclisə təqdim etdiyi Amnistiya aktından danışarkən deyib.
 
 

O qeyd edib ki, bu layihə 100 minlərlə insanı sevindərəcək: "Mehriban xanım belə bir qanunvericilik təşəbbüsü ilə çıxış edib. Çox sağ olsun. Biz də bunu alqışladıq. Hələlik millət vəkillərinə təqdim olunmayıb. Vitse-spiker Ziyafət Əsgərov bu barədə bildirdi. Çox gümanki sabah bizə veriləcək.May ayının 20-də deputatlar bu məsələyə baxacaq. Hansı formada tərtib olunubsa bu Mehriban xanımın ideyalarıdır. Baxıb tanış olduqdan sonra biz də fikir bildirəcəyik. Bütün hallarda qeyd olunubsa ki, 10 min insana şamil ediləcək, 3500 nəfəri azadlıqdan məhrum edilmiş şəxslərdir, bu çox böyük rəqəmdir. Hesab edirəm ki,  100 minlərlə insanı sevindirəcək. Layihəni əldə edib baxdıqdan sonra konkret fikir bildirəcəyik". 
 
Həsən Babayev