Qaxda qəza baş verib.

"Unikal" xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində avtomobillərdə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Səmayə Şıxəliyeva və Elçin adlı Qax rayon Qaşqacay kənd sakini xəsarət alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli