Yevlaxda ağır qəza baş verib.
"Unikal" xəbər verir ki, hadisə Xaldan şossesində, Əxşam kəndi yaxınlığında qeydə alınıb.
"VAZ 2106" və "Honda" markalı maşınların iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi olub. Hadisə nəticəsində "Honda"da olan sürücü 1957-ci il təvəllüdülü Xəlilova Xuraman yerindəcə həyatını itirib. İki nəfər isə ağır yaralanıb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov