İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur.

Unikal.org xəbər verir ki, ümummilli lider Heydər Əliyev səhiyyə işçilərinin xüsusi əməyini dəyərləndirərək onlar üçün peşə bayramı günü təsis edib.

Belə ki, 2001-ci il iyunun 4-də imzalanan Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.