Son günlər qalmaqallarda adı hallanan kosmetoloq Elnarə Rzayevanın ofisinin əlindən alınması ilə bağlı redaksiyamıza məlumat daxil olub.
Unikal.org Xeber.News-a istindaən xəbər verir ki, kosmetoloqun Nəsimi rayonu Hənifə Ələsgərova küçəsi 1-ci qeyri-yaşayış sahəsində yerləşən ofisi əlindən alınıb və onun sözügedən ofisin pəncərələrinə yapışdırılan reklam bannerləri sökülüb.
Daxil olan məlumatda həmçinin o da bildirilir ki, kosmetoloqun sözügedən ofisi hazırda icarəyə verilir.
Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.
Redaksiyamıza daxil olan videofaktı oxucularımıza təqdim edirik: