Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Füzuli və Ağdam rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.
Agentlikdən Unikal.org-a verilən xəbərə görə, mayın 17-də 3 ev və həyətyanı sahədə, 8 əkin sahəsi, 35 partlayış yerinə baxış keçirilib, 1 ədəd 100 mm-lik OF 412 top mərmisi aşkar edilərək götürülüb, gün ərzində 40 320 kv. m ərazi təmizlənib.
Tərtər rayonu
Əskipara kəndi - 2 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib, 1 ədəd 100 mm-lik OF 412 top mərmisi aşkar olunaraq götürülüb, 14 000 kv. m. ərazi yoxlanılıb.
Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə və 1 əkin sahəsində 18 partlayış yerinə baxış keçirilib, 7 200 kv. m. ərazi yoxlanılıb.
Qazyan kəndi - 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyb. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 510 kv. m ərazi yoxlanılıb.
Cəmi: 3 ev və həyətyanı sahəyə, 2 əkin sahəsinə, 29 partlayış yerinə baxış keçirilib, 1 ədəd 100 mm-lik OF 412 top mərmisi aşkar olunaraq götürülüb, 21 710 kv. m ərazi təmizlənib.
Ağdam rayonu
Çəmənli kəndi – 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib və nəticədə 18 000 kv. m ərazi yoxlanılıb.
Cəmi: 4 əkin sahəsi, 4 partlayış yeri aşkar edilib və 18 000 kv. m ərazi təmizlənib.
Füzuli rayonu
Şükürbəyli kəndi – 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 610 kv. m ərazi yoxlanılıb.
Cəmi: 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib və 610 kv. m ərazi təmizlənib.
Ümumilikdə ANAMA tərəfindən aprelin 7-dən mayın 17-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 489 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib. Bu müddət ərzində 1 422 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.