Bağdadda baş vermiş üç partlayış nəticəsində azı 58 nəfər ölüb. Unikal.org xarici KİV-ə istinadən verdiyi məlumata görə, partlayışlardan biri bazarda olub. Qadın kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 38 nəfər ölüb, 70 nəfər yaralanıb. Digər partlayış isə paytaxtın cənubunda baş verib. Nəticədə 6 nəfər ölüb, 21 nəfər yaralanıb. Üçüncü partlayış isə 19 nəfərin həyatına son qoyub. Bazarda baş vermiş partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.