
Türkiyədə növbəti terror aktı törədilib.
Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, PKK-çılar bu gün axşam saatlarında Mardində hərbi maşına qarşı bombalı hücum təşkil ediblər. Hadisə nəticəsində avtomobildəki 6 əsgərdən 2-si yaralanıb.
Xəstəxanaya yerləşdirilən əsgərlərin vəziyyətinin yaxşı olduğu bildirilir.