Kəşfiyyat-analitik mərkəzi "Stratfor". Heç şübhəsiz, onun hesablamalarına və proqnozlarına bütün dünyada diqqətlə yanaşır və onları nəzərə alırlar.
Həm qorxu, həm də ehtiramla "MKİ-nin kölgəsi" adlandırılan bu qlobal şirkət 1996-cı ildə əsası qoyulan gündən müştərilərə imkanlarını müəyyənləşdirməyə, strateji qərarlar qəbul etməyə, siyasi riskləri və təhlükəsizlik hədələrini nəzarətdə saxlamağa kömək edən geosiyasi kəşfiyyat və konsaltinq firması mövqeyində dayanır.
Həmin "Stratfor"un baş analitiki Yevgeni Çausovski "haqqin.az" saytına eksklüziv müsahibə verib.
Unikal.org sayta istinadən bildirir ki, o, bu ilin aprel ayında genişlənən Dağlıq Qarabağ münaqişəsinin əvvəldən gözlənilən bir hal olduğunu gizlətməyib.
Ümumiyyətlə, analitik müsahibəsində Ermənistan-Azərbaycan müharibəsi, Qarabağdakı mövcud vəziyyət, aprelin əvvəlindəki məlum hərbi əməliyyatlar və bütün bunlara ABŞ-la Rusiyanın münasibəti, eləcə də münaqişə tərəflərinin Vyanadakı son görüşü barədə maraqlı fikirlər söyləyib.
"Bu gün Qarabağda müharibənin yenidən başlayacağı ehtimalı nə qədər böyükdür və hərbi əməliyyatlar yenidən başlayarsa, ABŞ hansı mövqeni tutacaq" sualına isə o belə cavab verib:
- Baxmayaraq ki, burada təminatlar ola bilməz, amma indiki geosiyasi şəraitdə Qarabağda tammiqyaslı müharibə çətin ki, mümkün olsun. Daha genişmiqyaslı hərbi münaqişənin başlamasına mane olan çox vacib məhdudiyyətlər var. Bu xüsusilə Azərbaycanın təşəbbüsü ilə başladılacaq hücumlar zamanı Rusiyanın erməni silahlı qüvvələrinin tərəfində çıxış etməsi ilə bağlıdır. Hərçənd ki, Moskva bu münaqişənin nəzarətdə saxlanan şəkildə, qaynayan vəziyyətdə qalmasında maraqlı ola bilər. Bununla belə, o, Azərbaycan tərəfindən olan genişmiqyaslı hərbi əməliyyatları dəstəkləməyə meyilli deyil. Çünki bu, gözlənilməz nəticələrə gətirib çıxara bilər. Münaqişənin bu səviyyəyə qədər kəskinləşməsində yalnız ABŞ-ın deyil, həm də Türkiyə və Rusiya kimi digər xarici qüvvələrin siyasi münaqişə və bununla bağlı qlobal təhlükəsizliyin qorunmamasında bilavasitə iştirakı riski artır.
Onu da qeyd edək ki, müsahibənin rus dilində olan tam mətnini bu ling vasitəsi ilə oxuya bilərsiniz.