Maliyyə Bazarlarına Nəzarət Palatasının qaydalarına əsasən, Azərbaycanda istehlak kreditlərinin verilməsi yeni parametrlər əsasında həyata keçiriləcək.

Unikal.org xezerxeber-ə istinadən xəbər verir ki, bundan sonra kreditin maksimum miqdarı müəyyən edilərkən vətəndaşın aylıq borc yükünün onun gəlirlərinə nisbəti hesablanacaq.

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, bu qərara çoxdan ehtiyac var idi. Çünki banklar vətəndaşlara kredit verərkən səhlənkarlıq edirdilər.

Nəticədə bu, ölkədə problemli kreditlərin həcminin artmasına səbəb olurdu.

Yenı hesablama metodologiyasına görə, ilk olaraq borc alanın hazırda digər banklara borcunun olub-olmadığı araşdırılır. Tutaq ki, bu borc aylıq 200 manat təşkil edir. Bu rəqəmin üstünə vətəndaşın hazırda kredit almaq istədiyi məbləğin aylıq ödənişi də əlavə olunur. Misal üçün, 250 manat. Alınan rəqəm, yəni 400 manat vətəndaşın aylıq maaşına, məsələn 1000 manata bölünür və vurulur 100 faizə. Nəticədə məlum olur ki, vətəndaşın aylıq borc yükü onun gəlirlərinə nisbətdə 45 faiz təşkil edir.

Bundan əlavə, borcalanın gəlirləri və borc yükü arasında fərq ölkə üzrə yaşayış minimumu göstəricisindən artıq olduqda həmin kredit qənaətbəxş aktiv kimi təsnifləndirilməlidir. Yəni, vətəndaşın maaşından aylıq kreditlərin ödənilməsi üçün müəyyən edilmiş məbləğ çıxılır, məsələn, 1000-dən 450 çıxılır, yerdə qalır 550 manat. Bu, ölkədə 136 manat səviyyəsində müəyyənləşdirilmiş yaşayış minimumundan çox olduğundan həmin vətəndaşa kredit ayrıla bilər.