"Ermənistanın Rusiya ilə vassal xarakterli münasibətlərini nəzərə alsaq, bu kifayət qədər inandırıcı görsənir".
Unikal.org xəbər verir ki, Millət vəkili, politoloq Rasim Musabəyov Facebook səhifəsində Vyana görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan prezidenti Serj Sarkisyanın yanında oturması haqda fikirlərini bildirib.
Deputat Ermənistan mətbuatında geniş müzakirə olunan məsələ ilə bağlı bunları qeyd edib:
"Vyanada görüşdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistan prezidentinin sağ tərəfində oturub. Erməni KİV bu şəkili xəbərlərin manşetinə çıxararaq Moskvanın kimin tərəfində olmasına işarə kimi qiymətləndirib. Lakin bunun digər izahı da var. Lavrov Sarkisyanın yanında onu çətin danışıqlar zamanı istiqamətləndirmək üçün əyləşib. Ermənistanın Rusiya ilə vassal xarakterli münasibətlərini nəzərə alsaq, bu kifayət qədər inandırıcı görsənir".