Aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova xəstəxanaya yerləşdirilib.
Unikal.org-un məlumatına görə, həm aparıcılıq edən, həm də vəkil olan Zülfiyyə palatadan çəkdirdiyi şəklini sosial şəbəkədə paylaşıb və belə rəy yazıb:
"Müalicə uğurla gedir. İnşallah yaxşı olacaq. Allah bütün xəstələrə şəfa versin".
Xatırladaq ki, Z.Bayramova bir müddət əvvəl xərçəngdən əziyyət çəkdiyini açıqlamışdı.